Menu

Jurnalistlərin tibbi bacarıqlarının yüksəldilməsi təlimləri keçirilir - FOTO

07.10.2021, 17:16
Jurnalistlərin tibbi bacarıqlarının yüksəldilməsi təlimləri keçirilir - FOTO

Jurnalistlərin tibbi bacarığının yüksəldilməsi mövzusunda keçirilən təlimin ilk mərhələsi yekunlaşıb.

Medianın İnkişafı Agentliyinin (MEDİA) təşəbbüsü ilə İngiltərədən dəvət olunmuş “Lazarus Training” şirkətinin əməkdaşları tərəfindən 4-8 oktyabr tarixində keçirilən təlimin ilk mərhələsi yekunlaşıb.

Qeyd edək ki, bu təşkilat İngiltərədə ilkin tibbi yardım və tibbi təhsil sahəsində ixtisaslaşıb. Təlimə iki qrupda olmaqla, müxtəlif media qurumlarından 40 jurnalist, o cümlədən “AzPolitika.info”nun əməkdaşı da qatılıb. İngilis dilində keçirilən təlimin Azərbaycan dilinə sinxron tərcüməsi təmin olunub. Təlim müddətində jurnalistlərə yaralıya ilkin tibbi yardımın göstərilməsi, minalı ərazilərdə davranış və təhlükəsizlik qaydaları öyrədilib. Birinci gün jurnalistlər Yasamal rayonundakı 161 nömrəli tam orta məktəbin həyətində mina axtarışıyla bağlı praktiki təlim keçiblər. Sonra bu barədə mütəxəssislərlə fikir mübadiləsi aparılıb. Təlimin ikinci günündə Bakı Dövlət Universitetində yaralı şəxsə ilkin tibbi yardımın göstərilməsi ilə bağlı praktiki təlim keçirilib.

Son gün isə maarifləndirici söhbətlər aparılıb və yekun nəticə müzakirə olunub. Təlimin sonunda iştirakçılara sertifikatlar paylanılıb.

Xatırladaq ki, artıq təlimin ikinci mərhələsi də start götürüb və oktyabrın 8-dək davam edəcək. Agentliyin inzibati binasında jurnalistlərə hər cür şərait yaradılıb və onların rahatlığı təmin olunub.

Elvin Bəyməmmədli

“AzPolitika.info”




Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol