ABDULLAHİAN ŞƏRİN “DOZASINI” BİR QƏDƏR DƏ ARTIRDI – “Rəsmi danışıqlarda Azərbaycan nümayəndələri bizə vəd etdilər ki...”

Azərbaycana təzyiq üçün absurd ittihamlarını davam etdirən İran, artıq bütün sərhədləri aşmağa başlayıb.

“AzPolitika.info” xəbər verir ki, Moskvada səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Rusiyanın “Rossiya 24” kanalına müsahibəsində açıq-aşkar Azərbaycanın ünvanına şər-böhtan söyləyib. Nazir bir daha Azərbaycan ərazisində “terrorçuların və sionistlərin” mövcud olduğunu iddia edib. Hələ bu da azmış kimi, guya Azərbaycanın bu “faktı” etiraf etdiyinə eyham vurub: “Biz, orada Qarabağdakı müharibə zamanı peyda olan terrorçuların mövcudluğunu qeyd edirik. Rəsmi danışıqlarda Azərbaycan nümayəndələri bizə vəd etdilər ki, regionun terrorçulardan təmizlənməsi üçün tədbirlər görəcəklər...” 

İranlı nazirin Azərbaycanın adından danışdığı bu yalana, şərə hələlik rəsmi Bakı münasibət bildirməyib. Lakin nəzərə alsaq ki, Abdullahian hər gün absurd ittihamlarına daha yenilərini əlavə edir, hardasa Azərbaycan XİN-i də başa düşmək olar. Çünki artıq İranın Azərbaycana yönələn, hər gün təkrarlanan və təzələnən qeyri-ciddi ittihamlarına cavab vermək də getdikcə mənasını itirir.

Yaxşı olardı ki, Abdullahian hansısa mücərrəd görüşdən və Azərbaycan nümayəndələrindən danışarkən, konkret adlar və vaxt göstərəydi. Nə zaman olub bu görüş və kim guya Azərbaycan ərazisində olan terrorçuların təmizlənməsinə çalışacaqlarını vəd edib? Hansı ağlı başında olan dövlət, hökumət nümayəndəsi ölkədə olmayan şey barədə kiməsə söz verər?

İranlı nazir, əslində, bununla sanki Azərbaycanın boynuna qoymaq istəyir ki, guya ölkəmiz, ərazisində terrorçular olduğunu etiraf edir və Abdullahian da özündən olsa, bu yolla dahi bir diplomatik gediş edir. Ancaq istər İran, istərsə də regionun istənilən iti, pişiyi də bilir ki, Azərbaycanda terrorçu-filan yoxdur və olmayıb! Doğrudur, 30 ilə yaxın müddətdə İranla sərhəddə terrorçu və separatçı rejimin tör-töküntüləri olub. İran rejimi də bundan geninə-boluna istifadə edib və erməni terrorçu qardaşları ilə hər cür ticarətlər qurub. Lakin Azərbaycan 44 günlük müharibə dövründə həmin terrorçuları da, İranın bu ərazidəki çirkin maraqlarını da ərazilərimizdən süpürüb atdı! Elə İrandakı hakim rejimin müharibənin qələbəmizlə bitdiyi gündən bu yana içinə dolan sancı da bununla bağlıdır.

Hər halda, Azərbaycan XİN Abdullahianın bu son şər-böhtanına cavab verməli və iranlı nazirdən izahat tələb etməlidir.

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

vacib deyil 2021-10-09 08:42:51

Bu .... çoxdan kökünü kəsməy lazımdı Azərbaycandan

Oxucu 2021-10-08 14:53:42

Məncə İranı bizim üstümüzə ruslar qaldırır,məqsəd birdir bizi mümkün qədər özlərindən aslı vəziyətə salmaq,bunu dolayı yollarla,özlərindən aslı olan iranlıların əliylə etmək istəyirlər,məsələyə ciddi məntiqlə yanaşmaq lazımdır,Meğri yolunu (46 km) o,vaxtı ruslar ermənistana birləşdirdilər,məqsəd aydın idi Türkiyəni Orta Asiya ölkələrinə buraxmamaq yəni Türkdilli Respulikalarla Türkiyənin əlaqəsini kəsmək,indidə həmin çirkin oynu oynayırlar,amma budəfə özündən aslı İranın əliylə.

Tshir 2021-10-08 11:16:00

" Artıq içiləndə dərd verir su da" Dozanı artıq edənlərin aqibəti bəllidir. Partlayıb cəhənnəmə vasil olur. Bunlar da blef etdilər və gördülər ki, əks reaksiya aldılar. Dayanmaq dansa blefin dozasını artırırlar. Ay sən öləsən...

Kamal 2021-10-08 02:13:29

Bir də ki, indi ərəblər özləri etiraf edirlər ki, 1400 il bundan əvvəlki qaydalarla yaşamaq olmaz, yəni yəhudilər ərəblərin əmisi oğlu, farsların da xalası oğludu. Yəni Koreyada kommunizm, bunlarda da islam odu

Eli 2021-10-08 01:55:53

Bu meselede çox guman ki,fars molla rejiminin resmileri ile birlikde amerikan-ingilis " barmağı"ve ermeni lobbisinin de eli var o cümleden dünya ermenilerinin beynelxslq teşkilatlarinin da.Tarixen farslar ve ermeniler hemişd kime qarşı olublar :ona torpaq ,çörek verenlere .Sade bir misal:Son 200 ilde rus çarları ve ya Rusiya imperiyası en çox kime kömek edirdi:ermenilere.SSRİ -nin ve ta sonuncu Rusiya imperiyasının dağilmasının esas sebebkarlarından biri dr kimler oldu:ermeniler.Tarixde minlerle bele faktlar.Türkiyyenin ermenilere ne pusliyi keşmişdi.Heç ne.Yeni bunlar sabah rusa da,farsa da kim olduqlarınıbur daha gösterecekler.Sebr edrk yaxın zamanda her şey öz yerini tapacaq bir ermenilerden başqa.

Amon 2021-10-08 01:42:03

Iran qiciqlanirsa demeli duz yoldayiq

Kommentator 2021-10-08 01:07:41

Heyasizliq sifetine nakleykalanib

oxucu 2021-10-07 22:50:57

..........ermeni dqasi Abdullahian , Iran TARIX - inden BIXƏBƏR , kitab oxu , Iran imperiyasinin qurulmasinda , ən BOYUK QUVVE , etnik TURK XALQI ( indiki CƏNUBI və ŞIMALI AZƏRBAYCAN XALQI ) olmuşdur .

Kamal 2021-10-07 22:20:51

10 il Tula Xumeyninin əməli ilə 10 il İraqla qırğında ən çox şəhid verən cənublu qardaşlarımız oldu, sülhü Turqut Özal yaratdı, idiyədək heç birinin dilinə gəlimir, murdarlar, İslama heç bir aidiyyatı olmayan şər dövləti, Asif Əfəndiyev 90-da deyirdi, Qarabağdan əvvəl Cənub problemi var. Görün Qarabağda sülh kimə mane olur?

Anar 2021-10-07 22:05:05

Iranlı nazir düz deyir söz verdik terrorçuları təmizləyək və icra etdik.ermeni terrorçuları temizledik

turan 2021-10-07 20:08:36

bu xiyar deyəsən çaşıb

Niyaməddin 2021-10-07 19:41:00

İt hürər karvan keçər, deyiblər, amma bu həyasızlara qəti cavab vermək XİN-nin borcudur. Elə sərt cavab vermək lazımdır ki, sancısından işıd terror qruplaşmasına da şikayət etsin.

Eli 2021-10-07 19:40:56

Belesi haqqında bizim gözel bir Xalq meseli var:İtin eli sümüye,pişiyin eli ete çatmayanda deyerler ki,murdardır”.İndi bunlar bu meselelerde oyundan kenar veziyyetde qalıblar ona göre de İran qaydası suyu bulandırıb balıq tutmaq isteyirler ki,bu artıq gecdir.Getsinler donuz yeyib araq içen qardaşları ermenilerle qucaqlaşıb öpüşsünler,qüsülsüz da namazlarını qılsınlar ki guya “müselmandırlar”.

asif 2021-10-07 19:14:54

ucan elem nagillarina o qeder inanib omur surublerki uje bunlarda psixoloji problemler var olmayan seyler gozlerine gorunur

Eli 2021-10-07 19:09:35

Bir de bu Rehmetlik Hüseyn Cavid demişken siyasi Tülkü yox bu “Siyasi Fahişedir”ABŞ -ın sabiq prezidenti Reyqan deyib:Deyirler ki,siyaset fahişelikden sonra ikinci qedim peşedit.Ancaq menim keçdiyim heyat yolu ve tecrübe gösterdi ki bunlar oxşar peşe olduqlarına göre ikisi de bşrinci yere layiqdır.Ve bu mehz Reyqan dediyi Fahişe siyasetçidir.

Eli 2021-10-07 19:02:41

Celal bey darıxma bu fars etmeni molla terrorçu fsşisy rejimi olan İran resmiler Türk Pazını özlerinde biss etmeseler sakitleşmeyecekler.İkincisi de Rusiya mediası ermenilere qulluq edir ki nu ds teccublü deyil çünkü bunun öxü de ermenidir.Teeccüblü olan odur ki bizim Cenublu qardaşlarımuz niyd herekete gelmirler.Teeccüb doğuran budur.

Son yazılar