Menu

“Qarabağ müharibəsində erməni tərəfi geridə qaldı” - Ermənistan prezidenti

08.10.2021, 08:46
“Qarabağ müharibəsində erməni tərəfi geridə qaldı” - Ermənistan prezidenti

“Qarabağ müharibəsində hər şey silah və texnika ilə həll edildi və bu məsələlərdə erməni tərəfi geridə qaldı”.

“Report” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Armen Sarkisyan İtaliyada erməni icmasının nümayəndələri ilə görüşü zamanı bildirib.

“Əlbəttə, biz nəyin səhv olduğu barədə danışmalıyıq. Məsul şəxslər müharibədə qalib gəlməməyimizin səbəbini müzakirə etməlidirlər. Vəzifələri müharibəni və məğlubiyyətin səbəblərini təhlil etməli olan məsul şəxslər var” - deyə o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol