Menu

"ERMƏNİSTANLA AZƏRBAYCAN YENİLİKÇİ DÜŞÜNCƏ İLƏ BİR ARAYA GƏLƏ BİLƏR" - Mövlud Çavuşoğlu

08.10.2021, 11:59
"ERMƏNİSTANLA AZƏRBAYCAN YENİLİKÇİ DÜŞÜNCƏ İLƏ BİR ARAYA GƏLƏ BİLƏR" - Mövlud Çavuşoğlu

“Ermənistanla Azərbaycan yenilikçi düşüncə və praktik diplomatiya ilə bir araya gətirə bilərik”. “Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynanın Lvov Universitetindəki çıxışında bildirib.

“Sovetlər İttifaqı dağılandan sonra Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatını qurmaq yenilikçi bir fikirdir. Fərqli problemləri olan Rusiya, Ukrayna, Ermənistan, Azərbaycan, Yunanıstan və Türkiyəni reaktiv diplomatiya yerinə, yenilikçi düşüncə və praktik diplomatiya ilə bir araya gətirə bilərik”, - o deyib.

Türkiyə XİN başçısı üçtərəfli və dördtərəfli regional əməkdaşlığın faydalı cəhətlərindən də danışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol