AZƏRBAYCANDA YÜKSƏK VƏZİFƏLİ ŞƏXS QƏTLƏ YETİRİLDİ - İş otağında bıçaqla öldürüblər (Yenilənib)

Kənd Təsərrüfatı Nazirliyinin Goranboy rayonundakı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, 1958-ci il təvəllüdlü Ziyad Əhmədovun qətlinin təfərrüatı məlum olub. “Report”un məlumatına görə, onu iş otağında bıçaqla öldürüblər.

Polis qətli törətməkdə şübhəli bilinən Mirhadi Bağırovu saxlayıb. O, həmin qurumda mühasib vəzifəsində çalışırmış.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

***

Goranboyda qətl hadisəsi baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) binasında baş verib. Mərkəzin direktoru, 1958-ci il təvəllüdlü Əhmədov Ziyad Ələs oğlu iş otağında bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törədən şəxs saxlanılıb. Onun kimliyi dəqiqləşdirilir.

635x100

Şərhlər

Vətəndaş 2021-10-09 03:06:55

Belə hadisələr... talançı banda bir az əl-ayağını yığışdırar

Son yazılar