Menu

Xalq artisti vəfat edib

08.10.2021, 15:00
Xalq artisti vəfat edib

Azərbaycan teatr rejissoru, Xalq artisti Ağakişi Kazımov vəfat edib.

Bu barədə APA-ya Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru İlham Əsədov məlumat verib.

O, rejissorun bu gün günorta saatlarında dünyasını dəyişdiyini deyib.

Ağakişi Şəmməd oğlu Kazımov 28 noyabr 1935-ci ildə anadan olub. 1952-1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində ali təhsil alıb. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında Akademik Dram Teatrın yaradıcı qrupunun tərkibində iştirak edib.

A.Kazımov 1987-ci ildə Əməkdar İncəsənət Xadimi, 2000-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol