Menu

Ağakişi Kazımov "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

09.10.2021, 13:42
Ağakişi Kazımov "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

Ötən gün vəfat edən Azərbaycanın teatr rejissoru, Xalq artisti Ağakişi Kazımov "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Bu barədə "Report"a mərhumun yaxınları məlumat verib.

Bildirilib ki, dəfndən əvvəl Təzə Pir məscidində A.Kazımovla vida mərasimi keçiriləcək. Mərasimdən sonra Xalq artisti "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Xalq artisti A.Kazımov 1935-ci il noyabrın 28-də anadan olub. O, oktyabrın 8-də vəfat edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol