Menu

“Rusiya və Çin Əfqanıstandakı ABŞ hərbi texnikasını əldə ediblər” - Tramp

11.10.2021, 00:03
“Rusiya və Çin Əfqanıstandakı ABŞ hərbi texnikasını əldə ediblər” - Tramp

Rusiya və Çin artıq ABŞ-ın Əfqanıstanda tulladığı vertolyotları söküblər. 

Bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ayovadakı tərəfdarlarının mitinqində bəyan edib.

«Rusiya və Çinin əlində artıq bizim vertolyotların nümunələri var. Onlar artıq «Apaçi»ləri söküb, öyrənirlər, tekzliklə onlar daha yaxşı texnika düzəldəcəklər» - Tram bəyan edib.

Tədbirdən yayımı ABŞ-n kabel şəbəkəsi həyata keçirib. Trampın sözlərinə görə, ABŞ ordusu Əfanıstandan çıxarkən bir neçə yüz vertolyotu xarab edib...

«İndi onlar düşmənlərimizin əlindədir» - Tramp deyib.

Co Baydeni səhv ediyinə görə tənqid edən Tramp özü yanlışa yol verib və bəyan edib ki, ABŞ ordusu Pakistandan çıxıb.

«Yadda saxlayın, kosmik qüvvələr onların xoşuna gəlmirdi. Onlar ən mühümlərindən biri olacaqlar. Biz, ordunu yenidən qurduq və bu, ordunu Pakistandan çıxartmaqdan çətin idi… Əfqanıstandan çıxartmaqdan» - Tramp deyib.

«Yeri gəlmişkən, Pakistan barədə, o, bizə kömək edə bilərdi, ancaq biz, xahiş etmədik. Biz, Pakistana milyardlarla, milyardlarla dollar veririk, onlar isə bizim üçün heç nə etmirlər» - eks-prezident deyib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol