Menu

Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunmuş yubiley forumu işə başlayır

11.10.2021, 10:30
Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunmuş yubiley forumu işə başlayır

Bu gün Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunmuş yüksək səviyyəli yubiley forumu işə başlayır.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, 105 ölkə nümayəndələrinin iştirak edəcəyi forumda 43 nümayəndə heyətinə xarici işlər nazirləri rəhbərlik edəcək.

Azərbaycanın nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov rəhbərlik edəcək.

Hazırda Qoşulmama Hərəkatına Azərbaycan rəhbərlik edir. Yubiley konfransının Serbiya paytaxtında keçirilməsi təsadüfi deyil, belə ki, 60 il əvvəl ilk forum da məhz Belqrad şəhərində keçirilib.

Forum oktyabrın 12-də başa çatacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol