“Bizdə büdcənin müzakirələri çıx qısa keçir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.
Deputat təklif edib ki, büdcə müzakirələrinə ayrılan vaxt uzadılsın: “Burada olan deputatların hər birinin seçildiyi dairənin problemlərini səsləndirmək, bu məsələlərin büdcədə yer almasını istəyirlər".
S. Rüstəmxanlı eyni zamanda qiymət artımı ilə bağlı dinləmə keçirilməsini təklif edib: “Bu, əhalini ciddi narahat edir. Qiymətlərin artmasının əsası olub-olmaması ilə bağlı yığıncaq keçirməliyik”.


Şərhlər
Acın amanı yox, toxun imanı və yaxud mən salim olum dünya, cahan batsa da batsın, nə işim var...
Hörmətli Sabir Rüstəmxanlı,qiymətləri,təkcə taarif şurası artırmır.Həm də qiymətlərin artımının arxasında gömrük komitəsi dayanır.Əsassız olaraq artırılan rüsumlar dükan və baszarlarda satılan ərzaq və dərmanların qiymətlərini artırır.Məsələn,dükandan 17 manata aldığımız kərə yağının qiymətinin yarısı gömrük rüsumundan qaynaqlanır.İndi büedcəmiz cərimələr və rüsumların üzərinə çöküb.