Vahid Əhmədov Siyavuş Novruzova cavab verib

“Dövlət başçısının parlamentə təqdim etdiyi qanun layihəsi Azərbaycanın müasir durumu ilə tam uyğundur”.

“Report” xəbərinə görə, bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında “Müstəqlillik Günü haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, 1991-ci il oktyabrın 18-də Azərbaycanda “Müstəqillik Haqqında Konstitusiya Aktı” qəbul edilib: “Burada bəzi deputatlar qeyd edirlər ki, Azərbaycan MDB-də müstəqilliyini ən gec bərpa edən ölkələrdən biridir. Bəzi deputatlar o zaman çıxış edirdilər ki, Azərbaycan müstəqilliyini bərpa etsə, öz-özünü dolandıra bilməyəcək. İndi burada danışmaq çox asandır. Bu zalda referendumla əlaqədar 43 deputat səs verdi ki, SSRİ ləğv edilsin. Onlardan biri də ulu öndər Heydər Əliyev idi. İndi durub SSRİ-nin saxlanılmasının əleyhinə səs verən istiqlalçı deputatların alçaldılmasını qəbul etmirəm”.

Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Siyavuş Novruzov qeyd edib ki, AXC-Müsavat cütlüyünün əməlləri nəticəsində Azərbaycan öz müstəqilliyini ən gec elan edən ölkələrdən biri olub: “Ümummilli lider Heydər Əliyev Naxçıvanın SSRİ-dən ayrılmasına nail olub. Oktyabrın 18-də bizim hansısa bəyanatımız, müraciətimiz olacaqsa, bu hissə də nəzərə alınmalıdır. Ümummilli lider parlamentdə müstəqilliyin bərpasına çalışan ilk insanlardan olub. O vaxtkı dövrdə iki səsvermə olub. Bu gün özünü istiqlalçı deputat hesab edənlər bütövlükdə müstəqilliyin bərpasına səs verən deputatları qeyri-istiqlalçı deputat hesab edirlər. Tarix gələcəyə düzgün çatdırılmalıdır”.

635x100

Şərhlər

Niyaməddin 2021-10-11 21:19:32

Siyavuş Novruzovun məntiqi az da olsa işləsə idi, Ramiz mehdiyevin pandemiya ərəfəsində toyların qadağan olunmasına baxmayaraq toy dəvətini qəbul etməzdi. Kimin kim olduğunu bu xalq çox gözəl bilir, çox gözəl görür.

Elnur Əliyev 2021-10-11 16:10:10

Siyavuş Novruzov düz deyirdə...

Oxucu 2021-10-11 13:23:30

Bu cür deputatları olan bədbəxt millət! Naxçıvanın SSRİ-nin tərkibindən çıxmasına Naxçıvan Ali Sovetinin sədri Səkinə Əliyevə qol çəkib. Allah ona rəhmət eləsin!

Son yazılar