Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirill və ermənilərin katolikosu II Qaregin arasında üçtərəfli görüşün oktyabrın 13-də keçirilməsi planlaşdırılır.
"Report”un yerli bürosu xəbər verir ki, görüş Rusiya tərəfinin təşəbbüsü ilə keçiriləcək.
Məlumata görə, görüş patriarxın Danilov iqamətgahında təşkil ediləcək.
Oktyabrın 12-si Şeyxülislam Allahşükür Paşazadənin Moskva və bütün Rusiya Patriarxı Kirill ilə ikitərəfli görüşü baş tutacaq.
Qeyd edək ki, A.Paşazadə oktyabrın 11-də Rusiyaya səfərə gedib.


Şərhlər
A.Paşazadə Qafqazən şeyxi (onun sözləriə görə ) Azəraycanı niyə belə görüşdə təmsil etməlidir? Axı o AAzərbaycanda heç bir məsul vəzifə daşımır.Paşazadə özü-özünü şeyx sayıb.şəxsi qurum yaradıb.Ona görə onun rəsmi görüşlərdə Azərbaycanı təmsil eiməsi doğru deuiıBunun üçüçn Rəsmi olaraq Dini qurumlarla iş uzrə Komitə bu məsələ ilə məşğul olmalı və belə görüşlərdə iştirak etməlidir.m