Menu

Elnur Əşrəfoğlu sağdır, vəziyyəti ağır kritikdir - RƏSMİ ( Yenilənib)

11.10.2021, 20:17
Elnur Əşrəfoğlu sağdır, vəziyyəti ağır kritikdir - RƏSMİ ( Yenilənib)

Jurnalist Elnur Əşrəfoğlu dünyasını dəyişməyib. Bu barədə "Report"a "Yeni Klinika"dan məlumat verilib.

Bildirilib ki, onun vəziyyəti hazırda ağır kritikdir.

***

Tanınmış jurnalist Elnur Əşrəfoğlu koronavirusdan vəfat edib.

Bu barədə "Report"a onun yaxınları məlumat veriblər.

O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, E.Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb. Jurnalist oktyabrın 11-də ECMO cihazından ayrılıb.

***

Koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.

"Yeni Klinika"dan "Report"a bildirilib ki, jurnalist ECMO cihazından ayrılıb.

"Lakin onun ağciyərləri funksional deyil. Vəziyyəti hazırda kritik ağırdır", - xəstəxanadan bildirilib.

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.

Şərhlər

Vətəndaş 2021-10-12 00:56:09

Allah kömək olsun

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol