“Övladımın görmə qabiliyyətini bərpa etmək üçün 10 min manat istəyirlər...” - Şəhid bacısı kömək istəyir

Göyçay şəhəri Əyrici fabrikinin körpələr evində məskunlaşmış məcburi köçkün, şəhid bacısı Bayramova Vəfa Əyyub qızı Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

“AzPolitika.info”-ya da göndərilən müraciətdə V.Bayramova görmə qabiliyyətini itirən övladının müalicəsinə yardım edilməsini xahiş edir: “Bizim ailə 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşərək Göyçay rayonunda məskunlaşıb. 1-ci Qarabağ müharibəsində qardaşım Azadov İlham Əyyub oğlu qəhrəmancasına şəhid olub. Şəhid qardaşımın məzarı Ağdam şəhidlər xiyabanındadır.

12 yaşlı yeganə övladım Bayramzadə Qabil Kəmaləddin oğlu sağ gözündən xəsarət aldığı üçün gömə qabiliyyətini 90 % itirib. Buna görə gözündən 3 dəfə cərrahiyyə əməliyyatı olunsa da görmə qabiliyyətinin bərpa edilməsi mümkün olmayıb. Qabili müayinə edən professor bildirib ki, gözünə buynuz qişası köçürülərsə görmə qabiliyyəti tam bərpa olunacaq. Biz ailəliklə buna çox sevinsək də arzumuz gözümüzdə qalıb. Çünki balaca Qabilə buynuz qişası köçürülməsi üçün lazım olan 10.000(on min) manat pulu ödəməyə maddi imkanımız yoxdur. Həyat yoldaşım Göyçay Gigiyena və Epidemiologiya Mərkəzində fəhlə işləyir və cəmi 320 manat əməkhaqqı alır. Bu pulla biz güclə dolanırıq. Başqa yerdən gəlirimiz yoxdur.
Qeyd edim ki, 12 yaşlı Qabil taekvando idmanı üzrə yarışlarda dəfələrlə qalib olub, güclü idmançıdır. Çoxlu sayda medallar və fəxri diplomlarla təltif edilib.
İndi isə aldığı xəsarətə görə sağ gözünün görmə qabiliyyəti itib. Maddi imkansızlığa görə Qabilin gözünə buynuz qişası köçürülməsini təmin edə bilmirik. Buna görə ağlamaqdan gözlərimin yaşıda quruyub...”

Sonda Mehriban Əliyevanın humanistliyinə və xeyirxahlığına sığındıqlarını deyən ana, ondan övladının sağalması üçün kömək istəyir və bu xahişinin cavabsız qalmayacağına ümid etdiyini bildirir.

“AzPolitika.info”









635x100

Şərhlər

Hesabdar 2021-10-12 15:05:52

Sığortalı-pullu tibbin və SƏHİYYƏnin rəmzi çöhrəsi?

Son yazılar