Menu

Səhiyyə nazirinin müavinindən əhaliyə MÜRACİƏT

12.10.2021, 17:40
Səhiyyə nazirinin müavinindən əhaliyə MÜRACİƏT

“Azərbaycana yeni növ vaksin gətirilməsi gözlənilmir. Ölkədə hələlik dörd növ vaksin istifadə olunur ki, bu da kifayətdir”. APA-nın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

Nazir müavini bildirib ki, əhali üçün müxtəlif çeşiddə peyvəndlər təqdim olunur: “Hesab edirəm ki, hələlik yeni növ peyvəndlərin gətirilməsinə ehtiyac yoxdur. Çünki əhali istifadə olunan vaksinləri məmnuniyyətlə qəbul edir”.

O, əlavə olaraq qeyd edib ki, Azərbaycanda 3 milyona yaxın vaksin ehtiyatı var. Əhalinin vaksinasiyası üçün kifayət qədər peyvənd məntəqəsi yaradılıb, kifayət qədər tibb işçisi cəlb olunub: “Əhaliyə bir daha müraciət edirəm ki, peyvənd olunsunlar. Peyvənd əhali üçündür”.

Şərhlər

Zəfər 2021-10-12 20:15:56

Viktor niyə adını dəyişmir?Pusbaşlardan nə zaman qurtaracağıq?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol