“Türkiyə-Azərbaycan-Gürcüstan birgə təlimi kiməsə qarşı yönəlməyib” - Səfir

“Tbilisidə keçirilmiş Türkiyə-Azərbaycan-Gürcüstan birgə təlimi kiməsə qarşı yönəlməyib”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Birinci kanalın efirində yayımlanan “Müstəqil baxış” proqramına müsahibəsində deyib.

Onun sözlərinə görə, neft kəmərləri və nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin təmin edilməsinə yönəldilən təlimin məqsədi qarşılıqlı əlaqələrin yüksəldilməsindən ibarət olub.

Səfir həmçinin bildirib ki, bölgədə eskalasiyadan fayda görəcək qüvvə yoxdur: “Bizim kimi region dövlətlərinə eskalasiyadan yalnız ziyan dəyə bilər. İran da bu regionun bir hissəsidir. Buna görə də ümumi maraqlar tapmaq lazımdır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar