Azərbaycan-Rusiya sərhədində yük maşınlarının növbəsi yaranıb - FOTO

Azərbaycan-Rusiya sərhədində yerləşən “Samur” gömrük postunda Rusiya Federasiyasına hərəkət edən yük avtomobillərinin uzun növbəsi yaranıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, gömrük keçid məntəqəsində 500-dən çox maşın qarşı tərəfə keçmək üçün növbə gözləyir.

“Samur” gömrük postundan APA-nın yerli bürosuna bildirilib ki, sıxlığın yaranmasına səbəb tranzit və mövsümlə əlaqədar Azərbaycandan Rusiyaya yük daşıyan nəqliyyat vasitələrinin sayının artmasıdır.

Qeyd olunub ki, "Samur" gömrük postunun ixrac nəzarət xətti vasitəsilə gündəlik 250-ə qədər yük nəqliyyat vasitəsinin keçidi təmin edilir. Azərbaycan tərəfdən bu sayı artırmaq mümkündür, lakin Rusiya tərəfində yerləşən gömrük-keçid məntəqəsinin infrastrukturu bu sayda yük nəqliyyat vasitəsinin keçidini təmin etməyə imkan vermir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar