Malların xaricdə yerləşdirilməsinə icazə verilən şəxslərin əhatə dairəsi artırılıb

Nazirlər Kabineti “Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nda dəyişiklik edib.

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Azərbaycanda malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə verilən şəxslərin sayı artırılıb. Həmin siyahıya xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilən mal qızıl və ya gümüş olduqda, həmin malları külçə, sikkə və ya qranul şəklində ölkəyə təkrar idxal edən “Yerin təki haqqında” qanuna uyğun olaraq qeyd edilən metallara münasibətdə faydalı qazıntıların çıxarılması üzrə yer təkindən istifadə hüququ verilmiş şəxslər də əlavə edilib.

"Yeni qərar qızılın və gümüşün (ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları istisna olmaqla) xaricdə emal adı altında ölkədən çıxarılmasının qarşısının alınmasına, bununla da valyutanın ölkədən xaricə axınının qarşısının alınmasına, habelə yeni iş yerlərinin açılmasına, iqtisadiyyatda əlavə dəyərin formalaşmasına, əhalinin rifah halının yaxşılaşmasına və ölkənin regionda zərgərlik məmulatlarının istehsalı və emalı sahəsində mövqelərinin gücləndirilməsinə səbəb olacaq. Bu qaydalara uyğun xaricdə emal edilərək gömrük ərazisinə qaytarılan mallar gömrük rüsumlarından və vergilərdən qismən azad olunur", - deyə hökumət bəyan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar