Füzuli aeroportunun açılış tarixi məlum oldu - Ərdoğan da gəlir

Füzuli Beynəlxalq Hava Limanının açılış tarixi məlum olub.

Modern.az xəbər verir ki, açılış mərasimi noyabrın 8-də baş tutacaq.

Mərasimə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev qatılacaq.

Qeyd edək ki, Füzuli aeroportuna bu yaxınlada “Beynəlxalq Hava Limanı” statusu verilib. Hava Limanı daxili və beynəlxalq uçuşlar həyata keçirmək üçün müvafiq icazə alıb.

Aeroport Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) beynəlxalq məkan indeksləri kataloquna daxil edilib.

Füzuli aeroportu dünyada ən qısa müddətdə inşa edilən beynəlxalq hava limanlarından hesab olunur. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Füzuli Beynəlxalq Hava Limanı “Qarabağın hava qapısı” elan olunub.

Bu il avqustun 20-dən etibarən Füzuli Hava Limanında sınaq uçuşları həyata keçirilib. Füzuli aeroportu 1 saat ərzində 200 sərnişinə xidmət etmək imkanına malik olacaq.

635x100

Şərhlər

B 2021-10-14 00:17:36

Əhsən prezdentemizə halal olsun

Son yazılar