Menu

Azərbaycanda baş redaktor Habil Əsədov vəfat edib

13.10.2021, 23:26
Azərbaycanda baş redaktor Habil Əsədov  vəfat edib

Neftçala rayonunda baş redaktor dünyasını dəyişib. "Report"un Muğan bürosunun məlumatına görə, rayonda fəaliyyət göstərən "Gündoğar" qəzetinin baş redaktoru, jurnalist Habil Əsədov bu gün vəfat edib.

Qeyd edək ki, Əsədov Habil Əsəd oğlu 1947-ci ildə Neftçala rayonu Abasallı kəndində anadan olub. Xıllı qəsəbə tam orta məktəbini və Azərbaycan Dövlət Universitetini bitirib.

O, 1973-cü ildən rayonda fəaliyyət göstərən "Gündoğar" (o vaxtkı "Oktyabr bayrağı") qəzetində çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol