"İqlim dəyişir, vəbanın yayılma riski artır" - Popova

Dünyada iqlimin dəyişməsi səbəbilə vəbanın qlobal yayılma riski də artır.

Bu barədə oktyabrın 11-də «Rospotrebnadzor»un başçsı Anna Popova xəbər verib.

«Biz, əlbəttə ki, məsələn, vəbanın yayılma sərhədlərinin - istiləşmə ilə bağlı, iqlimin dəyişməsi və ətraf mühitə antropogen təsirin altında - dəyişməsini görürük. Biz, dünyada vəba hallarının artmasını görürük. Bu da günümüzün riskləridir», - Popova deyib.

Xatırladırıq ki, tarixdə 3 vəba pandemiyası məlumdur. Vəba ilə yoluxmanın ölümlə nəticəli qaçılmaz halları zamanı xəstə bir neçə gündən sonra ölüb. Birinci pandemiya - «Yustinian vəbası»- Avropada 541-ci ildə başlanıb və 60 ilə yaxın davam edib. Cəmi 100 milyona yaxın insan ölüb.

İkinci pandemiya - «Qara ölüm» - Asiyada başlanıb və 1346-1348-ci illərdə Avropada "meydan sulayıb". Orada qurbanların sayı 25 milyon təşkil edib.

Üçüncü vəba pandemiyası 1855-ci ildə Çinin Yunnan əyalətində başlanıb, ticarət gəmiləri ilə bütün qitəyə yayılıb.

Hazırda düzgün müalicə nəticəsində vəbanın letallığı 5-10 faiz təşkil edir.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar