Metroda aktiv koronavirus xəstəsi saxlanılıb

Bakı metrosunun "Gənclik" stansiyasında aktiv koronavirus xəstəsi saxlanılıb.

Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, 1981-ci il təvəllüdlü Bəxtiyar Muxtarov aidiyyəti üzrə təhvil verilib: "Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub. Onun barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, prosessual tədbirlər davam etdirilir".

635x100

Şərhlər

Səbuhi 2021-10-15 09:27:38

Çox təəssüf edirəm ki, bu cür hərəkətlərə yol verən paytaxt sakini var. Hər birimiz addım atanda düşünüb hərəkət etməliyik ki, digərlərimiz əziyyət çəkməsin. Axı kiminsə tərəfindən yoluxan şəxslər ətrafında olan azyaşlı, qoca, cavan və.s. vətəndaşlarımızı covid-19 infeksiyasının qurbanına çevrilirlər.

t.ədalət 2021-10-14 20:13:37

Nə qədər səfeh olasan ki,öz xəstəliyinlə başqalarına faciə törədəsən?Belələri,həm həbs olunmalı,həm də tərcümeyi-halı ilə xalqa təqdim olunmalıdır.

Son yazılar