QARABAĞDAKI QANUNSUZ ERMƏNİ SİLAHLILARI ARASINDA ATIŞMA BAŞ VERİB - Ölən və yaralananlar var (Yenilənib)

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında atışma baş verib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"Əvvəlcə qarşı tərəfin bir neçə sərxoş silahlısı digər yoldaşları ilə əlbəyaxa olub. Sonra onların olduqları yerdə partlayış müşahidə edilib.
İlkin ehtimala görə, atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar var.
Bildiririk ki, baş vermiş hadisəyə Azərbaycan Ordusunun heç bir aidiyyəti yoxdur",
- nazirlikdən bildirilib.

***

Qondarma rejimin oyuncaq "müdafiə nazirliyi" də bu məsələ ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, atəşi Azərbaycan tərəfi açıb, 6 erməni silahlısı yaralanıb: "Hadisə Rusiya sülhməramlı komandanlığına bildirilib. Biz atəşkəsə əməl edirik və Azərbaycan tərəfini sabitliyi pozan hərəkətlərdən çəkinməyə çağırırıq”.

"Telegram"ın erməni seqmentində yayılan məlumatlarda  bildirilir ki, bu gecə Qarabağda baş verən atışmalar nəticəsində 6 erməni silahlısı yaralanıb. Onlardan birinin artıq öldüyü, ikisinin ağır vəziyyətdə olduğu bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar