BU MİLLƏTDƏN NƏ İSTƏYİRSİNİZ?!

Ələmdar Məmmədov, hüquqşünas

“Ay millət vəkilləri, partiya sədrləri, “alimlər”...”

Bu ilin əvvəlində İrəvanda keçirilən mitinqlərdə bir qadın çıxıb demişdi ki, Şuşa Azərbaycanındır, nə istəyirsiniz? Onu aşağıladılar, fitə basdılar, təhqir etdilər. Bizim bütün telekanallar, saytlar o qadının çıxışını yayımladı. Bu qadın kim idi? Xidmətçi, Paşinyanın partiyasının üzvü...

İndi Azərbaycanda bəzi millət vəkilləri, partiya sədrləri, alimlər isə tariximizə ləkə yaxırlar. Ermənilər tariximizi ömür boyu öz xeyirlərinə saxtalaşdırıblar, bizimkilərinsə bəziləri onu ləkələyir. Erməni saytları da onlara istinad edirlər… 

Tarixə vahid baxış yoxdur. Vaxtilə ilk rus marksisti Qeorqi Plexanov tarixə vahid baxış nöqteyi-nəzərini əks etdirən "Tarixə monist baxışın əsasları" adlı kitab yazmışdı. Bu kitabda irəli sürülən ideyalar özünü doğrultmadı.

Tarix nədən ibarətdir?

Fakt və ona qiymət vermək! Məsələn, sinfi baxımdan 27 aprel 1920-ci ildə bolşeviklər qalib gəldilər və Azərbaycanda sovet hakimiyyəti quruldu. 70 il ərzində 28 apreli bayram etdik. Milli baxımdan isə bolşeviklər müstəqil Azərbaycanı işğal edərək, milli dövlətçiliyimizə son qoydular.

Bu gün bizim tarixə və şəxsiyyətlərimizə qiymət verməyimiz yalnız milli bucaq altında olmalıdır.

Adətən, zaman keçdikcə tarixdə böyük hadisələr və bu hadisələrdə baş rolda iştirak etmiş insanların adları qalır. Ona görə də bir milləti pisləmək üçün onun tarixi şəxsiyyətlərini aşağılamaq ən yaxşı üsuldur.

Vətənə məhəbbət və milli ləyaqət kimi əxlaqi tələbləri dini ehkam səviyyəsinə qaldırmalı olduğumuz bir vaxtda bəzi “məqam sahibləri”nin tarixi şəxsiyyətlərimizi aşağılamaq meylləri başadüşülən deyil.

Bir millət vəkili televiziyada çıxış edərək deyir ki, Babək dövründə arvadlar "ümumiləşdirilirdi". Bunu deyən həm partiya sədridir, həm də alimdir. Soruşan yoxdur ki, sən bunu hansı əsaslarla deyirsən? Ərəb mənbələrinə baxmısan? Ərəblər Babəki kafir elan etmişdilər. Onlara istinad etməklə nə desən yazmaq olar, o cümlədən, qadınların "ümumiləşdirilməsini" də (Fransanı xilas edən Janna Darkı kilsə xadimləri kafir elan edib, diri-diri odda yandırmadılarmı?!).

Daha bir sual odur ki, bu sözləri deməkdə onun məqsədi nədir? Babək 50-60 milyonluq Azərbaycan xalqının qəhrəmanlıq simvoludur. Dünya tarixində əsarətə, zülmə, işğalçılığa qarşı mübarizədə ən çox iki qəhrəmanın adı çəkilir. Onlardan birinin adı Babəkdir, digərinin adı Spartak. Biz isə, görün Babəki necə aşağılayırıq. Babəkin dövründə Ərəb xilafətində iki xəlifə - Harun ər Rəşidin oğlu Məmun (səltənət dövrü 813-833) və Mütəsim (səltənət dövrü 833-843-cü illər) hakimiyyətdə olub. Bu xəlifələr 44 ölkəni özündə birləşdirən nəhəng dövləti dini dəyərlərlə deyil, imperiya təxəyyülü ilə idarə edirdilər, yəni onların savaşı “din davası deyil, un davası” idi. Əvvəla, İslamda zorakılıq, zorla dini qəbul etdirmək yoxdur (Bəqərə surəsi 256-cı ayə). Xəlifə peyğəmbərin müavini, canişini deməkdir. Deməli, xəlifə peyğəmbər əxlaqına, əqidəsinə malik olmalıdır. Amma onların sarayında min nəfərə çatan cariyyəsi, kənizi, əxlaqsızlıq yuvaları və “iki guşəli“ hərəmxanaları da olub... Nəinki qardaşlarını, hətta hakimiyyətə heç bir iddiası olmayan, həqiqi islamı təbliğ edən peyğəmbər övladları 8-ci imam Rzanı Məmun, 9-cu imam Mühəmməd Taqini Mütəsim xaincəsinə qətlə yetirib.

Yaxud başqa partiya sədri bu yaxınlarda çıxış edib deyir ki, Babəkin bir arvadı erməni olub, onun qardaşı Səhl Sumbat Şəkidə Babəki ərəblərə təhvil verib. Əvvəla, o Şəki, bizim Şəki şəhəri deyil, hazırda Qərbi Azərbaycan ərazisində olan Şəkidir ki, onun da əsl adı Qarakilsə olub. Səhl Sumbat isə milliyətcə albandır. Partiya sədrinin sözlərindən belə çıxır ki, ermənilər doqquzuncu əsrdən bu ərazilərdə yaşayıblar (Erməni üçün göydən düşmə “fakt”dır).

Ən çox tənqidə məruz qalanlardan biri də həyatı faciələrlə dolu, bir yaşında atasını, 6 yaşında himayəsində olduğu boyük qardaşını itirən, atasının dostları tərəfindən qəsdinə duranlardan 5 il gizlədilən, Azərbaycan ərazisində feodal dağınıqlığı aradan qaldırıb, ilk dəfə mərkəzləşmiş dövlət qurub onu “14 ildə 14 ölkə fəth edərək imperiyaya çevirib əsl fateh olduğunu” (K.Marks) sübut edən, “Orta əsrlərin İskəndəri” adlandırılan, adı Çingiz xanla, Əmir Teymurla yanaşı çəkilən, dövlət idarəçiliyində dövrünü qabaqlayan humanist addımlar atan, türk dilini dövlət dili elan edən, həm də orta əsrlərin ən böyük şairlərindən biri olan Şah İsmayıl Xətaidir. Bütün xalqlar mərkəzləşmiş dövlət yaradan tarixi şəxsiyyətləri ilə fəxr edirlər. Bizdə isə…

Bir partiya sədri deyir ki, sünni-şiə məsələsini Şah İsmayıl yaradıb. Bu, yanlış fikirdir. Sünni-şiə məsələsi Şah İsmayıldan səkkiz əsr əvvəl yaranıb. Təriqət üstündə hakimiyyətə gəlsə də (tarixdə ideologiyasız dövlət qurulmayıb) sünni-şiə məsələsini Şah İsmayıl yaratmayıb.

Filologiya üzrə tanınmış professorumuz var, amma tarixi mövzularda səhv çıxışlar edir. Məsələn, həmin şəxs bu yaxınlarda "Ədalət" qəzetindəki yazısında deyir: "Venetsiya Senatı qərar qəbul etmişdi ki, Osmanlı Türkiyəsinə qarşı Qaraqoyunlu və Ağqoyunlu dövlətləri ilə müttəfiq olsunlar, işbirliyi qursunlar". Əvvəla onu deyim ki, hörmətli professor, istər osmanlışünaslıqda, istərsə də ümumi tarixdə "Osmanlı Türkiyəsi" termini yoxdur. İkincisi, anlamaq lazımdır, o zaman millət olmayıb, toplum və dövlət mənafeyi olub. 

Həmin professor televiziyada Çaldıran döyüşü ilə bağlı deyir ki, Şah İsmayılın damarlarında xristian qanı axırdı. Şah İsmayılın ana nənəsi, Uzun Həsənin arvadı Dəspinə xatun həqiqətən yunan xristianı olan Trabzon imperatoru 4-cü İohanın qızıdır. Ona qalsa, Rusiyanın sonuncu imperatoru II Nikolayın qanında 1 faiz də rus qanı yox idi. Odur ki, məsələni bu cür qoymaq düzgün deyil.

Bu yaxınlara bir partiya sədri xalqlar həbsxanası olan Çar Rusiyası üsul-idarəsinə qarşı mübarizəyə qalxıb, 20 il ərzində bu idarəçiliyə ağır zərbələr vuran, əsl xalq qəhramanı olub, xalqın dəstəyi ilə hakimiyyətə və haqsızlığa qarşı kabusa çevrilən, haqqında dastanlar qoşulub şeirlər yazılan, barəsində M.Qorki və Məmməd Əmin Rəsulzadə kimi mütəfəkkirlərin xoş sözlər dediyi Qaçaq Nəbi haqqında hədyan sözlər danışıb. Guya qaçaq Kərəmin qəhrəmanlığı Nəbinin adına yazılıb və Nəbi əslində “keçi oğrusu” olub.

Əvvəla, Qaçaq Kərəm Qazaxdandı, Qaçaq Nəbi isə indiki Qubadlı rayonundan. Heç onlar tanış belə olmayıblar və ayrı-ayrı dövrlərdə yaşayıblar.

İkincisi, “keçi oğrusu”nu xalq uzun illər ərzində dəstəkləyib hakimiyyət nümayəndələrindən gizlətməzdi. Qaçaq Nəbi ilə bacarmayan Çar hökuməti 1896-ci ildə Kərbəladan qayıdarkən, Türkiyə ərazisində xəyanət yolu ilə pusqu qurub onu öldürtmüşdü. Nəbi və Həcərin 3 övladı olub, 2 oğlu və bir qızı. Partiya sədri deyir ki, Nəbinin 40-ı çıxmamış Həcər erməniyə ərə gedib...

Nəbi öləndən sonra onun oğlanları Əhməd və Xəlil Türkiyəyə gediblər. Zeynəb adında bir qızı isə Azərbaycanda qalıb, ailə həyatı qurub. Zeynəbin Əşrəf adlı oğlu 1993-cü ildə Qubadlıda ermənilərlə axıra kimi döyüşüb və orada həlak olub. Həcər xanım doğrudan da ərə gedib, amma erməniyə yox, Həmzə adında qohumu ilə evlənib. Səbəb isə hökumətin axtarışları və incidilməsi idi. Axı Nəbinin Həcəri, eləcə də Koroğlunun Nigarı qeyrət, sədaqət, namus simvolumuz olub. Belə çıxışlar tanınmış partiya rəhbərinə yaraşmaz!

Nəbi haqqında mahnılar ilk dəfə xanəndə İslam Abdullayev tərəfindən, səhv etmirəmsə, 1906 və ya 1908-ci ildə Varşavada vala yazılıb və səslənib. Məqsədin nədir, sən belə bir insanı “keçi oğrusu” edirsən?

Bir partiya sədri də Lələtəpə alınmamışdan bir neçə ay əvvəl deyrdi ki, biz döyüşkən xalq deyilik. Döyüşməyi öyrənməliyik. İndi həmin partiya sədri hər gün televizyada çıxışlar edir, əsgərlərimizin qəhrəmanlığından danışır...

Hesab edirəm ki, bizim xüsusi xidmət orqanlarımız ermənilərin istinad elədiyi adamlarla maraqlanmalı, onları nəzarətdə saxlamalı, heç olmasa onlarla izahat işi aparmalıdır...

Fikirlərimi bu sözlərlə bitirmək istəyirəm: Heydər Əliyevin 1993-cü ildə zərb məsələ çevrilən bir çıxışı var idi: "Tofiq Qasımov, nə istəyirsən bu xalqdan?" 

İndi ay hörmətli millət vəkilləri, partiya sədrləri, alimlər, bu millətdən nə istəyirsiniz!?

635x100

Şərhlər

əsgər 2021-10-16 11:05:42

.birinci qarabağ savaşından sonra kimin kim olduğunu çox yaxşı görməyə başladıq. Elin gözü tərəzidir deyiblər. İçimizdə, çölümüzdə hansı xainlər var bunu da çox gözəl bilirik. hüquqşünasan niyə .bilmədiyin tarixə baçş vurub, aranı qarışdırmağa çalışırsan?

Sahib 2021-10-16 11:00:34

Millət də, dövlət də səni tanıdı. Öz adamlarına özünü təriflətməklə bu xəyanətini gizlədə bilməyəcəksən.

Ramella ismayilova 2021-10-16 10:09:30

Allah qorusun sizin kimi huquqšunasimizi

Elçin Məmmədov 2021-10-16 09:30:43

Çox sağ olun Ələmdar müəllim.Cox əhatəli, obyektiv təhlil vermisiniz.Butun əsassız tənqidlərə baxmayaraq Sizdən yeni araşdırmalar gözləyirik.Ugurlar.

Vətən oğlu 2021-10-15 22:17:04

Cammatın uşağlı Azərbaycan və Türkiyə bayraqları altında şəhid olmayıb ki, sənin kimi biri bu milləti parçalasın, kiminsə sifarişi ilə 5-6 yüz il əvvəl olmuş hadisələri saxta şəkildə millətə sırımağa cəhd etsin. .....

Niyaməddin 2021-10-15 21:54:36

Türk birliyinin aşılanmağa çalışdığı bu günlərdə belə mövzuların, xüsusilə Sultan Səlimlə Şah İsmayıl Xətai arasındakı müharibənin gündəmə gətirilməsi qətiyyən düzgün deyil və biz bu mövzunu qətiyyətlə pisləyirik. Belə mövzular düşmənlərimizin dəyirmanına su tökür. Bir faktı açıqlamaq lazımdır. Xain dövlətlər və onların cəsus şəbəkələri tarix boyu cəmiyyətləri parçalamaq, fitnə-fəsad törətmək üçün ilk öncə o cəmiyyətlərin tarixində baş verən müharibələrdən, davalardan, ixtilaflardan o cəmiyyətin içərisində şeytancasına söhbət açar. İki qardaş, yoldaş, dövlət arasındakı müxtəlif səpkili keçmiş qarşıdurmaları hər vasitəsilə məkirli fikirlərlə gündəmə gətirməyə can ataraq cəmiyyətin nəbzini yoxlayarlar. Azpolitiko saytının belə mövzuları təqdim etməsini düzgün saymaq olar. Çünki kimin kim olduğunun və buna görə mövqeyimizin təyini qətiləşmiş olar.

NAHİD 2021-10-15 21:33:20

Belə mövzular düşmənlərin dəyirmanına su tökməkdir. 50 il bu milləıtin çörəyini ye, indi də millətin düşmənlərinin istəklərini realladır. TürKkiyə olmasa İran, Rusiya Azərbaycanı məhv edər. Açıq göstərirlər. Köhnə palan içi sökərək kimə xidmət edirsən? Millət sizin kimiləri yaxşı tanıyır. Artıq qatarınız gedib. Keçmişin zibbiliyində eşələnin...

AMIN 2021-10-15 21:01:28

YAZIDA QEYD EDİLDİYİ KİMİ BİR MİLLƏTİ HEÇ ETMƏYİN ƏN YAXŞI YOLU ONUN TARİXİ ŞƏXSİYYƏTLƏRİNİ LƏKƏLƏMƏKDİR.MARAQLIDIR TARİXİ ŞƏXSİYYƏTLƏRİMİZƏ QARA YAXANLARA BİR KƏLMƏ SÖZ DEYİLMİR ƏVƏZİNDƏ DÜŞÜBLƏR BU KİŞİNİN ÜSTÜNƏ Kİ SƏN İRAN PƏRƏST YA RUSPƏRƏSTSƏM.YALANÇININ....

Rahib-Masallı 2021-10-15 20:56:21

Seyidin,Mollanın ,Nazimin,Qabilin yazıları bir mənbəədən gəlir.Əsas məsələ Babəki,İsmayılı ,Koroğlunu,Nəbini və Həcəri Ləkələynlərə niyə irad tutmursunuz.

MAHUR 2021-10-15 20:53:13

BU YAZIYA QƏRƏZLİ ŞƏRH YAZDIRANLARA ,AR OLSUN!!!

Araz 2021-10-15 19:16:11

Hüquqşünas müəllim xeyir ola Azərbaycan xalqı yeni tarix yazdığı vaxtda sən yüz illərlə əvvəl ölənləri yada salırsan .Bunun mənası nədir.Yoxsa ağalardan xəbər var.

Nəzrin 2021-10-15 18:32:27

Sən bu millətdən nə istəyirsən? Türkiyənin köməyi ilə Qarabağı aldıq. Sən hələ də İranın, Rusun ətəyində əl çəkmirsən...

Molla 2021-10-15 18:27:52

Heç hənanın yerdir...Bu nə iranşüvənlikdir, hıy...

Rüfət 2021-10-15 18:25:12

Bu yazını yazan da, şərhlərdə onu müsafiə edənlər də köhnə proqurorkuq işçiləridir. Hamısını tanıyırm. Ya Rusiyada təhsil alıblar, ya da orda işləyiblər. Onlarda türkçülüyə qarşı nifrətin olması...

Sevil 2021-10-15 18:18:43

Kim yazısında sünni, şiə məsələsini qabardırsa bilin ki türk düşmənidir, təxribarçıdır, millətə və dövlətə asidir İndiki vaxtda bizim belə təxribatlara ketməyimiz Vətənə xəyanətdən də betərdir!

Qabil Məmmədli 2021-10-15 18:16:01

"AzPolitika"nı mill düşüncəni, türk millətçiliyini, Turançılığı müdafiə edən bir sayt kim sevirik. Fars-rus ideyalarının təbliğinə yönəlmiş belə yazıları sizə yaraşdırmasım.

Firudin Məmmədli 2021-10-15 18:03:51

Bir adam ki 1920-ci ildə Azərbaycanın Rusiya tərəfindən təkrar işğalını bayram kim təqdim edə, onun kim olduğunu, nə yazdığını müəyyən etmək, kimə işlədiyini müəyyənləşdirmək çətin deyi. Ramiz Mehdiyev xətti açıq görünür...

Nazim Əhmədli 2021-10-15 17:58:51

Əımdar müəllimin belə bir yazını indiki vaxtda yamasına çox təəsüfləndim. Bu istəmədən də olsa Prezdentin siyasətinə qarşı çıxmaq, saxta məlumatlarla Türk tarixini ləkələmək cəhdi, farslıarın əlinə oynamaqdır. Çox tıəəssüf.

Mahir Həmzəyev, tarixci alim 2021-10-15 17:40:09

Bu yazı İranın sifarişi ilə hazırlanıb. Tam təxribat xarakterli, Türkiyə - Azəırbaycan qardaşlığına şübhə yaratmaq məqsədiilə tarixi faktları saxtalaşdırmaqla yazılıb. Teymurun guya Bəyazidin oğlanlarına dövlət yaratmağı tapşırması haqda yalan iddialara fars və rusların saxta mənbələrindən başqa heç yerdə rasrt gəlinmir. Böyük türk imperatoru Sultan Səlimə qarşı farsların tezisləri yazıda təkrarlanıb. Guya Şah İsmayılı müdafiə edir adı ilə sünni-şiə ayrımçılığı salmaq cəhdləri ortadır. Bu adamın əlaqələri araşdırılmalıdır. AzPolitika miilli davamıza sahinb çıxan bir sayt kimi belə təxribatçı yazlııları verməməlidir.

esger 2021-10-15 17:26:18

Deməli Sovet dövrünün elm mədəniyyət üzrə Azərbaycana şöhrət gətirən xadimləri aşaqlamaq olar Müəllifin məntiqi ilə elə bizim valeyindələri də axı onlar 70 il bayram ediblər Çox gözəl təhlildirk

Seyid Ənhu 2021-10-15 15:53:58

BÖYÜK TÜRK BİRLİYİ ÜÇÜN YARANMIŞ BU TARİXİ MƏQAMDA KÖNHƏ PALAN DÖYƏCLƏMƏK SİZƏ ANCAQ TOZ UDDURACAQ. İSTƏSƏNİZ DƏ, İSTƏMƏSƏNİZ DƏ TÜRK BİRLİYİ QURULACAQ. TÜRKİYƏ İLƏ KONFEDERASİYANIN İLKİN İŞARTILARINI GÖRMÜRSÜNÜZMÜ? GECİKMİSİNİZ. MANE OLA BİLMƏYƏCƏKSİZ.

Azər Vahabzadə 2021-10-15 15:35:53

Bu gün hörmətli həmkarım hüquqşünas Ələmdar Məmmədovun “ Bu millətdən nə istəyirsiniz,”alimlər”...” başlıqlı yazısını oxudum. Çox gözəl, çox tutarlı bir yazıdır. Vətənini, xalqını, millətini sevən bir vətəndaşın yazısıdır. Bəlkə də bu gün ən aktual, ən çoxvgündəmdə olası bir məsələni əhatə edən bir yazıdır. Həqiqətən, xalqı həqarət edib, aşağılamağa son qoymağın zamanı çoxdan yetişmişdir. Bəzən düşünürəm ki, yəqin ki bunları yazanların özləri əsl azərbaycanlı deyillər, çünki xalqının övladı xalqına qarşı belə haqsızlıq etməz. Vətənini, xalqını, millətini sevən düşmənin əlinə belə əsassız, doğru olmayan, qərəzli faktlar verməz. Ələmdar müəllim faktlarla əsaslandıraraq başqa xalqların fəxr mənbəyi olan şəxsiyyətlərin əsl simalarını,əqidələrini, dini, milli mənsubiyyətlərini, ictimai-siyasi baxışlarını, fərdi xüsusiyyət və mənəviyyatlarını üz, çıxarmaqla məsələlərə düzgün yanaşma tərzini təqdim edir, müəlliflərə məsələlərə hansı tərəfdən yanaşmalı olduqlarınıaşılayır. “ Mərdi qova-qova namərd edərlər” atalar sözü yerinə düşər.. Ələmdar müəllimə öz vətəndaş təşəkkürümü bildirirəm.

İsmayıl Səlimov 2021-10-15 15:04:49

Əla əia çox düzgün və aktual mövzudur sizin kimi duşunən insanlara eşq olsunl

Hesen.A 2021-10-15 15:01:20

Cox sanballi ve tarixi tehlile esaslanan dovlet ve milletimizin teesubunu, tarixi haqqini ve heqiqetleri qoruyan yazidir, elelxusus da Babekin arvadinin “ermeni”olmasi ile bagli partiya sedrinin sefehlemesine verilen tutarli cavab hissesi, muellife derin tewekkurler

Rasim Allahverdiyev 2021-10-15 14:05:37

Ələmdar müəllim belə obyektiv və tarixi faktlara söykənən yazınıza görə sizə təşəkkür edirəm. 20 ildən artıq bir dövrdə sizi tanıdığıma görə sizin nə qədər obyektiv bir insan olduğinuza bilirəm. Çox sağ olun.

Əfrəddin Əliyev 2021-10-15 13:24:15

Çoxdan gözləyirdim belə tutarlı cavabı.Çox sağ olun!

Son yazılar