Menu

Azərbaycanda uşaqlar arasında koronavirusa yoluxma artmağa başlayıb - Nazirlik

15.10.2021, 15:27
Azərbaycanda uşaqlar arasında koronavirusa yoluxma artmağa başlayıb - Nazirlik

“Azərbaycanda uşaqlar arasında koronavirusa yoluxma artmağa başlayıb”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov "Yenidoğulmuşlarda görülən xəstəliklər" mövzusunda çıxışında deyib. O bildirib ki, bunun səbəbləri var: “Böyüklərin əksəriyyəti peyvənd olunub. Uşaqlar arasında isə peyvəndləmə aşağıdır. Bundan başqa məktəblər açıldıqca, uşaqların ünsiyyəti artdıqca yoluxma riski artır. Bütün ölkələrdə uşaqlar arasında virusun yayılma ehtimalı artır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol