Hakim Tonoyanla bağlı qərar verdi – Keçmiş nazir raketlərdən nə qədər “otkat” alıb?

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın şikayəti təmin edilməyib. “AzPolitika.info” erməni mediasına istinadən xəbər verir ki, məhkəmə istintaq dövründə onun həbsdə qalması ilə bağlı qərar verib. 

Tonoyanın vəkili Sergey Ovannisyan jurnalistlərə Apellyasiya Məhkəməsinin qərarından şikayətlənib, bildirib ki, hakim keçmiş nazirin azad olunması ilə bağlı onların irəli sürdüyü vəsatəti rədd edib.

Külli miqdarda mənimsəmədə ittiham olunan keçmiş müdafiə naziri ötən ayın sonunda həbs edilib. Tonoyan ordu üçün yararsız raketlər aldığı üçün mühakimə olunur. Onunla yanaşı Ermənistan ordusunu silahla təmin edən şirkətlərdən birinin direktoru "Patron Davo" kimi tanınan David Galstyan da həbs edilib.

Hər ikisi təxminən 4,7 milyon dollar mənimsəməkdə və saxtakarlıq etməkdə, ictimai təhlükəli hərəkətlərdə günahlandırılır.

Həbsdə olan hər iki şəxs ittihamları qəbul etmir. Vəkil Sergey Hovhannisyanın sözlərinə görə, cinayət işinin başlanmasına səbəb olan raketlərlə bağlı nə həbslərdən əvvəl, nə də sonra ekspertiza keçirilməyib.

Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, cinayət işində hazırda həbsdə olan aviasiya idarəsinin keçmiş rəisi, Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini Stepan Galstyan da daxil olmaqla Silahlı Qüvvələrin digər keçmiş və indiki yüksək rütbəli məmurlarının da adları keçir.

Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, raketlər 2011 -ci ildə idxal edilsə də dövlətin bu silahları nə vaxt almasını ilə bağlı hər hansı tarix göstərilməyib. Rəsmi məlumata görə, təhvil verildikdən bir müddət sonra, bəzi raketlər heç vaxt istifadə edilməyib və balansdan silinib. Bundan başqa qalan raketlər isə 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük müharibə də daxil olmaqla ümumiyyətlə istifadə edilməyib.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar