Tarif (Qiymət) Şurasının bu gün keçirilmiş növbəti iclasında qurumun “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” qərarına dəyişiklik olunub.
Unikal.org-un əldə etdiyi məlumata görə, bundan sonra elektrik enerjisinin 1 kVt/saat-nın aşağı qiyməti 1 qəpik, yuxarı isə 2 qəpik bahalaşıb.
“Azərşıq” ASC sədrinin müşaviri Tanrıverdi Mustafayev “AzPolitika.info”-ya açıqlamasında bu barədə qərardan xəbərsiz olduğunu bildirib.
“AzPolitika.info”


Şərhlər
Dövlətimiz elə zənginliklərə malikdir ki, vətəndaşları pulsuz qaz, işıq, neft və benzinlə təmin edə bilər və əslində etməlidir. Heç olmazsa irandakı kimi benzindən pay da olsa vermirlər. Haramla pul qazananların villaları, maşınları, istədiklərini hər şeyləri olduğu halda mənim kimi kasıbların nə evi var, nə də ki, eşşək arabası. Velosiped almağa belə pul tapmıram ki, işə gedim gəlim. t.ədalət qardaşa da Amin deməkdən başqa çarə qoymurlar. Çox ədalətsizliklər var, çox.
Xalqın cibinə girən əlləri Allah yox eləsin!