Menu

NATO-nun Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

16.10.2021, 21:15
NATO-nun Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

NATO baş katibinin siyasi məsələlər üzrə müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycana səfər edəcək.

Trend-in məlumatına görə, bu barədə X.Kolomnia öz "Twitter" səhifəsində yazıb.

X.Kolomina qeyd edib ki, səfər gələn həftə baş tutacaq: "Gələn həftə Qafqaza ilk səfərimi səbirsizliklə gözləyirəm. NATO-nun Qafqazdakı fəaliyyətini daha da genişləndirməyin yollarını müəyyən etmək üçün qurumun Qafqaz və Mərkəzi Asiya üzrə yeni xüsusi nümayəndəsi olaraq Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcəm".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol