Menu

“Gürcüstanda pandemiyanın beşinci dalğası başlayıb” - Baş epidemioloq

17.10.2021, 18:01
“Gürcüstanda pandemiyanın beşinci dalğası başlayıb” - Baş epidemioloq

“Gürcüstanda koronavirusa yoluxma sayı ciddi şəkildə artıb və bu, beşinci dalğanın başlanğıcıdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze deyib.

Onun sözlərinə görə, son həftə ərzində Kaxeti, İmereti və Sameqrelo-Zemo Svaneti bölgələrində epidemioloji vəziyyət ağırlaşıb: “Bu regionlarda vaksinasiya səviyyəsi aşağıdır. Acarıstan və Tbilisidə isə vəziyyət nisbətən yaxşıdır”.

Baş epidemiloq beşinci dalğanın kifayət qədər ağır keçəcəyini proqnozlaşdırır: “Müvafiq qabaqlayıcı tədbirlər görülməsə, noyabrda vəziyyət çox çətin olacaq. Hamını tövsiyələrə əməl etməyə və peyvənd olunmağa çağırıram”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol