18 oktyabr gününü böyük təmtəraqla qeyd etmək, yaxud da ki, kiməsə buna görə minnətdar olmaq tamamilə yersizdir.
"Report" xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirib.
Dövlətimizin başçısı bunun səbəbini belə izah edib: “Sovet İttifaqı dağılırdı, Rusiya Federasiyası özü dövlət suverenliyi haqqında Konstitusiya Aktını bizdən qabaq qəbul etmişdi. Rusiya çıxdı, Ukrayna çıxdı, bütün Qafqaz respublikaları çıxdı. Azərbaycan rəhbərliyi nəyi gözləyirdi, kimi gözləyirdi? Bilirsiniz, ona görə, bu tarixi bilmədən düzgün təsəvvür formalaşdırmaq çətindir”.
"1991-ci ilin yazında Sovet İttifaqının saxlanmasına dair referendumda ovaxtkı Azərbaycan rəhbərliyi xalqın iradəsinə zidd olaraq o referendumun nəticələrini saxtalaşdıraraq Sovet İttifaqının saxlanmasına səs verdi" - deyə Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
“Ancaq Heydər Əliyev qoymadı ki, Naxçıvanda bu referendum keçirilsin. İndi baxın, müstəqilliyə aparan addımlar hansılardır? Müstəqilliyə aparan yollar haradan keçib?”, - deyə dövlətimizin başçısı vurğulayıb.


Şərhlər
O vaxtkı Azərbaycan rəhbəri Ayaz Mütəllibov idi.Bütün mərumiyyətlərin əsasını o qoydu.Şuşanın süqutu,Daşaltıdakı böyük itkilər Mütəllibovun Rusiya və ermənistana sədaqəti kimi tarixə düqşüb.Min təəssüf ki Mütəllibov xalqımıza yaşatdığı ağrıların cəzasını almadı.Moskva bu gün də onu qoruyur.Azərbaycan onu ,nəin ki cəzalandırmırlar,hətta İsa Qənbər kimi adamlar dərdli günlərində Ayaz qədeşin yanında olurlar.Lənət oilsun,belə yaddaşsızlığa!