MAAŞLAR NƏ QƏDƏR ARTACAQ? - Komitə sədri açıqladı + VİDEO

Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" sərəncam əhalinin pul gəlirlərini artırmaqla yanaşı onların sosial rifahının xeyli dərəcədə yaxşılaşmasına gətirib çıxaracaq.

"Xezerxeber.az" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, artımlar 20 faiz civarında, bəlkə də daha çox olacaq.

Komitə sədri vurğulayıb ki, bu sərəncam əhalinin bütün kateqoriyalarına müsbət təsir edəcək.

"Sərəncam gələn ilin yanvarın 1-dən tətbiq olunacaq. Vətəndaşlar da bunu şahidi olacaqlar",- deyə Musa Quliyev qeyd edib.

635x100

Şərhlər

Bashirov Qarib 2021-10-18 13:54:55

Deputat kimdir ki, artımın neşə faiz olacağını dilinə gətirsin? Sahil Babayev imkan verməz ki.Sosial ödənişlərin azalmasından, guya750 milyon qənaət olunub. Sosial ödənişdən də qənaət etmək olar?

Rahib 2021-10-18 13:42:21

Qiymətləri bir neçə dəfə artırandan sonra maaşı artırmaq yada düşür.Maaşları da artıranda mütləq enerji daşıyıcılarının qiymətinin qaldırırlar. Beləliklə maaş reallıqda artmır, azalır.

t.ədalət 2021-10-18 13:19:05

Bu faizlə əhali itkilərini ödəyə bilməyəcək.Bütün ərzaq növlərinin artımı olub.Noyabrın birindən isə çörəyin də (enerji sahəsindəki manipulyasiya hesabına) qiyməti artacaq.İqlim soyuması isə qazın işığın istehlakı 50 faizdən çox artıracaq.

Son yazılar