“Almaniya və Türkiyə birlikdə taliblərlə danışacaqlar” - Merkel

Almaniyanın kansleri Angela Merkel İstanbulda Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş zamanı Əfqanıstanda hakimiyyəti ələ keçirmiş «Taliban»la təmasları qınayıb.

RİA Novosti agentliyinin xəbər verdiyi kimi, uyğun bəyanatı Merkel Ərdoğanla görüşün yekunlarına dair keçirilmiş mətbuat konfansında səsləndirib. Onun sözlərinə görə, Berlin və Ankara bu danışıqların koordinasiyasının davamı üçün razılığa gəliblər.

«Biz, taliblərlə danışıqlar üçün fikir mübadiləsi etdik və mümkündür ki, bu danışıqları birgə davam etdirmək üçün cəhdlər edək» - kansler bildirib.

O, əlavə edib ki, dünya birliyi Əfqanıstana humanitar yardıma zəmanət verməli və bu qış humanitar böhranın aradan qaldırılmasına çalışmalıdır.

Bundan başqa, Merkel Suriyada sülh tənzimləməsinə lazımi qədər diqqət yetirməməsinə aksent edib və İdlibdə gərgin situasiyanı göstərib. O, həm də xarici qoşunların Liviyadan çıxarılmasına çağırıb.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar