Menu

Əməkdar jurnalist vəfat edib

18.10.2021, 12:40
Əməkdar jurnalist vəfat edib

Əməkdar jurnalist Tamilla Haşımova vəfat edib.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

T.Haşumova uzun sürən xəstəlikdən sonra Rusiyanın paytaxtı Moskva şəhərində dünyasını dəyişib. Mərhum ötən gün torpağa tapşırılıb.

Qeyd edək ki, T.Haşımova uzun illər Azərbaycan Dövlət televiziyasında müxtəlif vəzifələrdə çalışıb, rus dilində verilişlər hazırlayan “Dostluq” baş redaksiyasına rəhbərlik edib. 2002-ci ildə isə Prezident təqaüdünə layiq görülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol