Menu

Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb - VİDEO

18.10.2021, 23:33
Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb - VİDEO

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Mtatsminda dağında yerləşən televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, şəhərin əsas simvollarından biri olan teleqüllə 18 oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpasının 30-cu ildönümü ilə əlaqədar göy, qırmızı və yaşıl rənglərdə işıq saçır.

İşıqlandırma Tbilisi meriyası tərəfindən həyata keçirilib.

Qeyd edək ki, Tbilisi teleqülləsi bu il artıq ikinci dəfədir Azərbaycan bayrağının rənglərinə boyanıb. Teleqüllə ilk dəfə 28 May – Respublika Günündə üçrəngli bayrağımızın rəngləri ilə işıqlandırılıb.

Şərhlər

Mirzə Qafarlı 2021-10-19 07:41:05

Gürcüstan dövlətinə və xalqına bizimlə həmrəyliyə görə təşəkkür edirəm.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol