Menu

Çin ölüm cəzasını ləğv edir

27.10.2014, 15:18
Çin ölüm cəzasını ləğv edir

Çin ölkədə aparılan hüquqi islahatlar çərçivəsində doqquz cinayət növünə görə ölüm cəzasının ləğvi imkanını nəzərdən keçirir.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, cinayət qanunvericiliyinə müvafiq dəyişikliklər baxılması üçün Milli Xalq Konqresinə təqdim olunub.

Ölüm cəzası silah, hərbi sursat, nüvə sursatı və saxta valyuta qaçaqmalçılığı, saxta valyutanın hazırlanması, fırıldaqçılıq yolu ilə pulların əldə edilməsi, fahişəliyin təşkili və ya digər şəxsin məcburi bu işə cəlb edilməsi kimi cinayətlərə görə ləğv ediləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol