Türk dronlarının “patriarxı” dünyadan köçüb

İstanbulda Türkiyənin «Baykar» müdafiə şirkətinin sədri Özdəmir Bayraktar vəfat edib.

Döyüş pilotsuz uçan aparatlarının (PUA) proqramlarının əsasını qoyan patriarx ömrünün 72-ci ilində dünyadan köçüb.

Xəbəri «Anadolu» dövlət informasiya agentliyi yayıb.

Baykarın hazırladığı ilk pilotsuz uçan aparatlar Türkiyə SQ tərəfindən hələ 2005-2009-cu illərdə ölkənin cənub-şərqindəki əməliyyatların gedişində hərəkətə gətirilib.

«Anadolu» agentliyinin qeyd etdiyi kimi, Bayraktarın hazırladığı son PUA-lar «Bayraktar TB2» və «AKINÇI» nümunələri olub.

Xatırladaq ki, Türkiyə hakimiyyətinin təsdiqlədiyinə görə, PUA istehsalı üzrə ölkə dünyada 4-cü olub. Özdəmir Bayraktar Selcuk Bayraktarın atasıdır, Səlcuk isə Prezident Ərdoğanın kürəkəni və “Baykar”ın sahibidir.

ALLAH RƏHMƏT ELƏSİN!

AzPolitika.info

635x100

Şərhlər

Niyaməddin 2021-10-19 21:30:45

Allah rəhmət eləsin, nur içində yatsın! İnşə Allah oğlu Səlcuq Bayraktar atasından sonrakı boşluğu doldurar.

Eldar 2021-10-19 18:24:07

Allah rəhmət eləsin.

rüfət 2021-10-19 16:40:29

allah rəhmət eləsin . amin.

Eli 2021-10-19 14:51:02

Allah rehmet eylesin Böyük Türk oğluna Mekanı Cennet,Ruhu şad olsun.

Son yazılar