Menu

Müsavatın yeni Məclisi narazıları hədələdi- BƏYƏNAT

27.10.2014, 15:55
Müsavatın yeni Məclisi narazıları hədələdi- BƏYƏNAT

Müsavat Partiyasıın Məclisi 27 sentyabr 2014-cü il tarixdə keçirilən qurultayla bağlı bəyanat qəbul edib.

Bəyanatda bildirilir ki, yerli və beynəlxalq ictimaiyyətin diqqətini özünə cəlb edən, ictimaiyyət arasında “demokratiya dərsi” kimi qiymətləndirilən tarixi qurultayını keçirilib: "Azərbaycan tarixində ilk dəfə partiya nəzamnaməsində nəzərdə tutulan bir nəfərin ardıcıl iki dəfədən artiq partiya başqanın seçilməsini yasaqlayan müddəa tətbiq olundu. Əvvəlki başqan İsa Qəmbər partiya başqanlığına namizədliyini irəli sürmədi. Həm Müsavat partiyasının, həm də Azərbaycanin siyasət tarixində ilk dəfə partiyanın rəhbər strukturlarına alternativ əsaslarla,seçki kampaniyaları təşkil olunmaqla , bərabərhüquqlu rəqabət şəraitində azad və ədalətli seçkilər keçirildi.Təsadüfi deyil ki, Müsavat partiyasının 8-ci qurultayı uzun müddət Azərbaycan ictimaiyyətinin tam diqqət mərkəzində oldu.

Hələ Qurultay keçirilməzdən əvvəl rayon təşkilatlarında keçirilən konfranslar və ümumi yığıncaqların protokolları hərtərəfli dəqiqləşdirmələrdən sonra Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin toplantılarında ayrı-ayrılıqda təsdiqlənib. Qurultay nümayəndələrinin yekun siyahısı da QHTK-nin iclasında yekdil səslə təsdiqlənib. Uzun illərdən bəri demokartik düşərgənin hakimiyyətə təklif etdiyi prinsiplərə uyğun olaraq Qurultayda paritet əsaslarla Seçki komissiyası yaradılıb. Müsavat Partiyasının qurultayı aşkar, şəffaf keçirilib. Partiyanın başqanlığına keçirilən seçkilərdə səslərin sayılması videokameraların çəklilişi, jurnalistlərin gözü qarşısında baş tutub. Bu, Azərbaycan tarixində keçirilən ilk seçkidir ki, səslərin hesablanması bilavasitə canlı yayımla internet televiziyası vasitəsilə translyasiya edilib. Paritet əsaslarla formalaşmış Seçki komissiyası seçkilərin nəticələrini yekdilliklə qəbul edib və yekun protokolu imzalayıb. Müsavat Partiyasının ali orqanı olan qurultay başqan seçkilərinin nəticələri barədə yekun qərar qəbul edib.

Müsavat Partiyasının Qurultayının qərarı Müsavat Partiyası üzvlərinin iradəsinin ifadəsi deməkdir".

Müsavat Məclisinin bəyanatında bildirilir: "Lakin səsvermənin nəticələrindən narazı qalan bəzi partiya üzvləri,eyni zamanda bəzi kənar qüvvələr Qurultayda hər hansı pozuntular barədə faktlar ortaya qoya bilməsələr də, təəssüf ki, mətbuatda və sosial şəbəkələrdə seçkilərin ədalətli olmadığı haqqında əsassız iddilar irəli sürür, Qurultayın qərarlarını və seçkilərin nəticələrini şübhə altına aımağa cəhd ediblər. Xüsusən oktyabrın 6-da Müsavat Partiyasının mərkəzi qərargahında keçirilən toplantıda həm əvvəlki, həm də yeni seçilmiş partiya rəhbərliyinin ünvanına bir sıra əsassız ittihamlar səsləndirilib. Müsavat Partiyasının Məclisi bu iddiaları partiyanın ali orqanı olan Qurultayın qərarlarını sayğısızlıq və Müsavat Partiyası üzvlərinin iradəsi ilə hesablaşmamaq cəhdi kimi qiymətləndirir və bunun partiyanın Nizamnaməsinə və məramına uyğun olmayan hərəkətlər olduğunu bəyan edir. Müsavat Partiyasının Məclisi həmçinin Qurultayda Məclisə üzv seçilmiş partiya üzvlərinin ünvanına deyilən aşağılayıyıcı fikirlərə qətiyyətlə etiraz edir, bu iddiaları irəli sürənlərdən belə fəaliyyətə son qoymağı tələb edir. Müsavat Partiyasının Məclisi bütün müsavatçıları və partiyanın səlahiyyətli orqanlarını təşkilat daxilində partiya maraqlarına cavab verməyən və üzvlər arasında narazılıq yaradan şəxslərə münasibətdə prinsipial mövqe nümayiş etdirməyə çağırır".

Qeyd edək ki, narazılar Müsavat Partiyasının qurultayında keçirilmiş seçkilərin nəticələrini legitim saymır. Məclisinin üzvü Vurğun Əyyub deyi ki, qurultayda keçirilmiş seçkilərin nəticələrini legitim saymadığı üçün partiyanın toplantılara qatılmır: “Bundan sonra da Məclisin toplantılarında iştirak etmək niyyətim yoxdur”.

Vaqif

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol