Dövlət Gömrük Komitəsinin yeni medallarının kimlərə veriləcəyi məlum olub

“Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” yubiley medalı ilə gömrük orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən gömrük orqanlarının əməkdaşları, habelə gömrük işinin təşkilində, təkmilləşdirilməsində xüsusi xidmətləri olan şəxslər təltif ediləcək.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və plenar iclasa tövsiyə edilən “Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” yubiley medalı haqqında” Əsasnamə”də əksini tapıb.

Əsasnaməyə əsasən, yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

Eyni zamanda Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” yubiley medalının təsviri də təsdiq ediləcək.

“Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” medalı haqqında Əsasnamə”yə əsasən isə “Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” medalı ilə aşağıdakı şəxslər təltif olunacaqlar:

- Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə Azərbaycanın və xarici ölkələrin dövlət qurumlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri;

- Gömrük orqanları qarşısında duran vəzifələrin yerinə yetirilməsi işində kömək göstərdiklərinə görə, Azərbaycan vətəndaşları;

- Azərbaycan ilə gömrük işi sahəsində əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə xarici ölkələrin vətəndaşları.

Əsasnaməyə əsasən “Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

Layihəyə əsasən, “Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” medalının təsviri təsdiq ediləcək.

635x100

Şərhlər

Rahib 2021-10-19 23:02:02

Azdı. Çox azdı. Gömrüyün nəfsini doydurçaq üçün qətiyyən bəs eləməz.lazımdır ki, məsəlçün ; Yalama məntəqəsinin fəth edilməsi medalı, Qırmızı körpü məntəqəsinin dədə malı kimi istismar edilməsi, Biləsuvar k/məntəqəsinin tarımar edilməsi, Astaradakının darmadağın edilməsi məqsədi ilə ordenlər təsis ediləydi. Bax onda deyərdim ki, bərəkallah.

Adil 2021-10-19 22:47:08

İstədiyim yar idi, yetirdi pərvərdigar. Kakraz gömrükçülərin əskikləri elə sinələrin medalsız olmasıdır. Sinələri medalsız darıxmışdım. Ona görə də təklif edirəm gömrükçülərin hamısını ujdantutma medallasınlar. Bircəciyi də qıraqda qalmasın. Necə deyərlər itdi-pişikli hamısını... Oxay... dincəl ay cərimələnmış canım...

Son yazılar