“Qarabağın işğalı nəticəsində itkin düşən 3890 insanımızın ailələrinin gözü yoldadır” - Səbinə Əliyeva

“Birinci Qarabağ müharibəsi və sonrakı dönəmdə əksəriyyəti mülki şəxslər olan 3890 insanımız itkin düşüb. Elə ailələrimiz var ki, bu günə qədər iki itkin oğlu haqqında belə məlumat ala bilmir, o anaların hələ də gözü yoldadır”.

Bunu Türkiyədə səfərdə olan Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva APA-nın yerli bürosuna açıqlamasında bildirib.

S.Əliyeva deyib ki, Azərbaycan tərəfi və beynəlxalq təşkilatlar itkin şəxslər haqqında məlumat tələb etsə də, Ermənistan israrla onlar haqqında bu günədək məlumat verməyib: “Nümunə kimi diqqətinizə bir məlumatı çatdırım. 1998 və 2000-ci illərdə Ermənistanda və işğal altında olan Qarabağ bölgəsində itkin düşmüş 54 insanımız Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti ilə görüşüb, rəsmi qeydiyyata alınsalar da, onlar haqqında Ermənistan tərəfi məlumat vermir”.

Ombudsman Türkiyə İnsan Haqları və Bərabərlik Təşkilatının (TİHEK) Ermənistanın Qarabağ müharibəsi və sonrakı dövrə aid cinayətləri, işğal prosesində dəymiş maddi-mənəvi zərərlər və itkilərlə bağlı türk və ingilis dilində hesabat hazırladığını deyib. O bildirib ki, insan haqlarının pozulmasına dair hesabatda beynəlxalq hüququn tələbləri çərçivəsində itkinlərin tələb olunmasına dair məlumatlar da yer alıb.

S.Əliyeva, həmçinin, Türkiyənin Baş Ombudsmanı və İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının Prezidenti Şərəf Malkoçun rəhbərlik etdiyi heyətin onun dəvəti ilə Azərbaycanın işğaldan azad edilən yerləri ilə tanış olduğunu və qurumun bu ilin sonuna qədər növbəti hesabı hazırlanacağını gözləndiyini deyib.

635x100

Şərhlər

Sabir 2021-10-19 23:34:26

5 əsiri də qaytardım. Erməni də qaça- qaça 3890 əsiri qaytaracaq və üstəlik də 75 faiz minalanmış sahənin xəritəsini... Xatircəm olun....

Son yazılar