Menu

Avtomobil 7 yaşlı uşağı vurub

20.10.2021, 09:09
Avtomobil 7 yaşlı uşağı vurub

Zaqatalada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb. Avtomobil yolu keçən 2014-cü il təvəllüdlü Musayev Mehdi Musa oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol