BDU-da 7 qrup distant təhsilə keçib

“Bu günədək BDU-da təhsilalanlar arasında hər qrupda bir nəfərdə COVID-19 virusu aşkarlandığı üçün 7 müxtəlif qrupun bütün dərsləri 14 gün müddətinə onlayn formaya keçirilib".

Bunu BDU-nun mətbuat katibi Günel Orucəliyeva APA-nın sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, 2021/2022-ci tədris ilinin payız semestrində Bakı Dövlət Universitetinin (BDU) bütün fakültələrində tədris növbəli şəkildə hibrid formada - mühazirələr həftədə iki gün olmaqla "BLACKBOARD" elektron təhsil sistemi üzərindən onlayn, məşğələ və laboratoriya dərsləri isə həftədə üç gün olmaqla əyani (ənənəvi) şəkildə təşkil olunur: “Ənənəvi şəkildə tədris “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın tələblərinə ciddi riayət olunmaqla həyata keçirilir. BDU-nun ərazisində fəaliyyət göstərən poliklinikanın həkimləri ənənəvi tədris prosesinə cəlb olunmuş müəllim və tələbələrinin sağlamlığına müntəzəm olaraq nəzarət edirlər”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar