Menu

DİN jurnalistin bank dələduzları ilə bağlı yazdıqlarına münasibət bildirib

21.10.2021, 13:50
DİN jurnalistin bank dələduzları ilə bağlı yazdıqlarına münasibət bildirib

Daxili İşlər Nazirliyi (DİN) jurnalist Aygün Muradxanlının bank dələduzları ilə bağlı paylaşımına münasibət bildirib.

DİN-in KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"a bildirib ki, nazirlik jurnalistin paylaşımını nəzarətə götürüb.

"DİN jurnalistə təşəkkür edib, məsələ nəzarətə götürülərək araşdırılır", - o vurğulayıb.

Qeyd edək ki, jurnalist A.Muradxanlı sosial şəbəkələrdə paylaşım edərək ona bir nəfərin zəng etdiyini, bank köçürmələrinin dəqiqləşdirməsi üçün bank hesabı istədiyini deyib.

Şərhlər

Sabir 2021-10-21 16:31:02

Din dələduz jurnalistləri də nəzarətə götürsə yaxşı olar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol