QARABAĞDAKI ERMƏNİ SİLAHLILARI TƏRKİSİLAH EDİLİR - "Arutunyan dedi ki, ordunu buraxacaq..."

Ermənistan parlamentində Qeyri-Hökumət Təşkilatları ilə keçirilən görüşdə maraqlı məlumat səsləndirilib. “AzPolitika.info” Ermənistanın “News.am” saytına istinadla xəbər verir ki, parlamentdəki görüşdə iştirak edən QHT rəhbərlərindən biri Aşot Arutunyan Qarabağdakı separatçı rejimin başçısı Araik Arutunyanla görüşdüyünü deyib və bu görüşün onu çox məyus etrdiyini bildirib. 

Özü müharibə vaxtı Qarabağdan qaçan Aşot Arutunyan deyib ki, qondarma rejim rəhbəri ona erməni silahlı dəstələrini buraxacağını bildirib: “Araik Arutunyan dedi ki, ordunu buraxacaq. Ondan soruşdum ki, sənə bu hüququ kim verib? Cavab verdi ki, bunu azərbaycanlılar tələb edir.”

Arutunyanın bu açıqlaması hazırda erməni mətbuatında əsas gündəm mövzusuna çevrilməkdədir. Bu deyilənlərdən belə məlum olur ki, qondarma rejim başçısı Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərindəki qanunsuz erməni hərbi birləşmələrinin tərkisilah ediləcyini bildirib.

Hansı ki, bu şərt 10 noyabr üçtərəfli sazişinin bəndlərindən birində göstərilirdi. Və Azərbaycan tərəfi müharibə bitəndən sonrakı dövr ərzində haqlı olaraq Qarabağda bir nəfər də erməni yaraqlısının qalmamasını tələb edirdi. Belə görünür ki, bir ilə yaxın müddətdə bu tələbə müqavimət göstərən erməni tərəfi geri çəkilmək məcburiyyətində qalıb.

“AzPolitika.info” 

635x100

Şərhlər

Eli 2021-10-21 21:29:58

Min illerin tarixi gösterib ki ermeni kimdi ,Osmanlı türkü kimdi ta Azerbaycan türkü kim olub.Ermenilerin bu günkü fealiyyeti de göz qabağındadır.Sadece Azerbaycanın İkinci Qarabağ müharibesindeki

Son yazılar