Menu

Məktəbdə halı pisləşən 8-ci sinif şagirdi ölüb

21.10.2021, 15:14
Məktəbdə halı pisləşən 8-ci sinif şagirdi ölüb

Bu gün Xudat şəhərində məktəbli ölümü baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xudat şəhər 5 nömrəli məktəbin 8-ci sinif şagirdi Rəcəbova Xədicə Rəcəb qızının məktəbdə vəziyyəti pisləşib. 

Xaçmaz Təhsil Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, xəstəxanaya çatdırılan məktəblini xilas etmək mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol