Menu

Şəhid ərinin anım mərasimində iştirak etməyə gedən qadın qəzaya düşərək ölüb

21.10.2021, 16:54
Şəhid ərinin anım mərasimində iştirak etməyə gedən qadın qəzaya düşərək ölüb

Zərdabda şəhid həyat yoldaşının anım mərasiminə gedən qadın Kürdəmir yolunda qəzaya düşərək ölüb.

APA-nın məlumatına görə, Vətən Müharibəsində şəhid olan Zərdab rayonu, Gəlmə kənd sakini mayor Rəhim Hüseynovun həyat yoldaşı Ələsgərova Günel İnqilab qızı Bakıdan rayona anım mərasiminə gedirmiş. Yol qəzası Kürdəmir yolunda baş verib.

Avtomobildə olan digər sərnişin də qəzada ölüb.

Zərdab rayon İcra Hakimiyyəti başçısının köməkçisi Səməd Cəfərov APA-ya faktı təsdiqləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol