Menu

Sayt rəhbəri dövlətə xəyanət ittihamı ilə həbs edildi

21.10.2021, 18:02
Sayt rəhbəri dövlətə xəyanət ittihamı ilə həbs edildi

İlahiyyatçı, Maide.az saytının rəhbəri Sərdar Babayev həbs edilib.

Bu barədə vəkil Cavad Cavadov məlumat verib.

O bildirib ki, S.Babayev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilib və məhkəmənin qərarı ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli kimi tanınan Sərdar Babayev 2017-ci ildə dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozmaqda ittiham edilərək 3 il müddətinə azadlıqdan məhrum edilib. 2020-ci il fevralında isə azadlığa buraxılıb.

Şərhlər

t.ədalət 2021-10-21 22:37:05

Belə vətən xainləri az deyil.İrana və Rusiyaya casusluq edən onlarla xain var.Böyük vəzifələr tutan rusdilli satqınlara hələ də heç bir cəza verilmir....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol