Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Eynulla Novruzov həbs edilib.
"AzPolitika.info" xəbər verir ki, bu barədə “gununsesi.info”-ya adıçəkilən rayondakı mənbə məlumat verib.
Məlumata görə, Eynulla Novruzov barəsində Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş şikayətlər əsasında araşdırma aparılıb və keçirilən əməliyyat tədbiri nəticəsində baş həkim həbs edilib.
"AzPolitika.info"


Şərhlər
Cənab Baş prokuror. Zərdab mərkəzi xəstəxanasının baş həkimi Ruslan Nemətov barədə nə vaxt lazımı ölçü götürəcəksiniz.? Bu xəstəxanada baş verən qanunsuzluq halları və digər biabırçılıqdır əmin olun ki, başqa xəstəxanalardan qat- qat betərdir. Xahiş edirik bu məsələyə bir əncam çəkin, qanunçuluğun bərpa edin....