Menu

Məzahir Pənahovdan siyasi partiyalara çağırış: "Aktiv olun"

27.10.2014, 16:58
Məzahir Pənahovdan siyasi partiyalara çağırış: "Aktiv olun"

“Qanunvericiliyə uyğun olaraq bələdiyyə seçkilərində 60-dan artıq seçki dairəsində namizədləri olan partiyalara İctimai Televiziyada (İTV) pulsuz efir vaxtı ayrılacaq. Ona görə də siyasi partiyaları bələdiyyə seçkilərində fəal olmağa çağırıram”.

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov söyləyib.

M.Pənahov bu həftədən başlayaraq seçki gününə qədər İctimai Televiziyada MSK üzvlərinin iştirakı ilə bələdiyyə seçkiləri ilə bağlı maarifləndirici xarakterli verilişlərin efirə çıxacağını da nəzərə çatdırıb. M.Pənahov bələdiyyə seçkiləri ilə bağlı MSK tərəfindən hazırlanan maarifləndirici çarxların da önəmli olduğunu, artıq bu maarifləndirici xarakterli çarxlardan ikisinin yaxın vaxtlarda İctimai Televiziyada nümayiş etdiriləcəyini açıqlayıb. O, belə maarifləndirici xarakterli çarxların seçici fəallığının yüksəldilməsində mühüm rol oynadığını vurğulayıb.

M.Pənahov bələdiyyə seçkilərində namizədliyini irəli sürən şəxslərin seçki platformalarının əhaliyə çatdırılmasına çalışacaqlarını qeyd edib.

Bakı. Ramiz Mikayıloğlu - APA. “Qanunvericiliyə uyğun olaraq bələdiyyə seçkilərində 60-dan artıq seçki dairəsində namizədləri olan partiyalara İctimai Televiziyada (İTV) pulsuz efir vaxtı ayrılacaq. Ona görə də siyasi partiyaları bələdiyyə seçkilərində fəal olmağa çağırıram”.

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov söyləyib.

M.Pənahov bu həftədən başlayaraq seçki gününə qədər İctimai Televiziyada MSK üzvlərinin iştirakı ilə bələdiyyə seçkiləri ilə bağlı maarifləndirici xarakterli verilişlərin efirə çıxacağını da nəzərə çatdırıb. M.Pənahov bələdiyyə seçkiləri ilə bağlı MSK tərəfindən hazırlanan maarifləndirici çarxların da önəmli olduğunu, artıq bu maarifləndirici xarakterli çarxlardan ikisinin yaxın vaxtlarda İctimai Televiziyada nümayiş etdiriləcəyini açıqlayıb. O, belə maarifləndirici xarakterli çarxların seçici fəallığının yüksəldilməsində mühüm rol oynadığını vurğulayıb.

M.Pənahov bələdiyyə seçkilərində namizədliyini irəli sürən şəxslərin seçki platformalarının əhaliyə çatdırılmasına çalışacaqlarını qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol