Menu

Ekvador həbsxanasında 7 məhbusun asılmış cəsədi tapılıb

24.10.2021, 08:43
Ekvador həbsxanasında 7 məhbusun asılmış cəsədi tapılıb

Ekvadorun Quayas həbsxanasında 7 məhbusun cəsədi tapılıb.

APA xəbər verir ki, bu barədə ölkənin Penitensiar Xidməti məlumat yayıb.

Bildirlib ki, bir neçə gün əvvəl həmin həbsxanada 4 məhbusun cəsədinin tapılmışdı. Bu dəfə isə 7 cəsəd həbsxanasının 10-cu pavilyonunda şəxsi görüş sahəsində asılmış vəziyyətdə tapılıb.

Hazırda ölkənin hüquq-mühafizə orqanları faktla bağlı başladılan istintaqın işinə qarşılıqlı şəkildə köməklik göstərir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol