BİR DOLLAR İKİ MANAT OLACAQ İDDİASI: Azərbaycanda devalvasiya gözlənilir? - AÇIQLAMA + VİDEO

Altı il öncə bir ildə iki dəfə devalvasiyaya uğradıqdan sonra üzən məzzənnə ilə dəyər itirən milli valyuta manat sabit məzənnənin diktəsi ilə bütün qlobal təsirlərə son illər tab gətirə bilib. Ancaq son günlər manatın yenidən ucuzlaşacağı, yanvardan 1 dollların 2 manat olacağı iddiaları ortaya atılıb. 

"Xəzər Xəbər"in məlumatına görə, Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Türkiyənin milli valyutasının qarşısıalınmaz ardıcıllıqla ucuzlaşması və daxili bazarda da müşahidə edilən dəyişikliklər manatın ucuzlşama risklərini gündəmə gətirib.

İqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, məhz dolların bir çox valyutalar üzərindəki son dominantlığını risk amili hesab etmək olar. Devalvasiya şəraiti yaradan daha bir amil isə hazırda azad olunmuş ərazilərə edilən böyük yatırımdır.

Lakin bütün bunlar hazırda sadəcə risk olaraq təcəssüm edir, reallıqda isə manatın möhkəm qalması üçün də ciddi səbəblər var. Dövlət Neft Fondunda ehtiyatlar rekord vurur, hazırda təkcə bu fondda 44 milyard dollardan artıq vəsait var. Mərkəzi Bankın da ehtiyatları artaraq 7 milyard dolları ötüb. 

Ölkənin strateji valyuta ehtiyatlarının 51 milyard dollardan artıq olduğu bir dövrdə dolların istənilən basqısını manat rahatlıqla ala bilər. Xüsusən də Azərbaycanın istehsalında və ixracında mühüm yer tutan enerji daşıyıclarının qiymətlərinin belə yüksək olduğu ərəfədə manat özünü necə deyərlər, rahat hiss edə bilər.

İqtisadçı ekspert deyir ki, hətta Azərbaycan indi sabit məzənnədən üzən məzənnəyə keçsə, qısamüddətli iqtisadi panikanı nəzərə almasaq, manat dollar qarşısında nəinki ucuzlaşmaz, hətta bir qədər də dəyər qazanar.

Qeyd edək ki, hazırda hər həftə keçirilən hərracda Azərbaycanda bazarda dollara olan təlabat tam qarşılanır.

635x100

Şərhlər

Azərbaycanlı 2021-10-30 16:08:49

Alışla satış arasındakı fərqə niyə hökumət nəzarət etmir. Əvvəllər dəyişmə məntəqələri var idi normal idi.İndi Banklar deyir yesəndə budur yeməsən də. Milli bank niyə nəzarət etmir.

Vətəndaş 2021-10-26 18:29:17

Kasıb əhaliyə bu yolla da arxadan bir udar vurun. Məmurlar xalqa Pislikdən başqa heç nə etmək fikrində deyillər

vətəndaş 2021-10-25 19:52:06

İnanan daşa dönsün

sual 2021-10-25 17:38:44

.... başa düşmürəm narahat edici nə var ???....manatın sabitliyi makroiqtisadi tənzimləmə rejimi ilə müəyyənləşir, bir mənalı olaraq, əgər rejim dəyişəcəksə məzənnə də dəyişəcək, bu baxımdan rejim üzrə dəyişiklikləri izləmək lazımdır....

Əcəba Rəcəb 2021-10-25 14:54:48

Allah ERMƏNİlərin VİRANƏ qoyduğu torpaqlarımızl, evlərimizi qursun! Özümüzdə heç OTUZ ilə də qurmaq taqəti-halı və maddi-maliyyə ehtiyatı görünmür? Niyə demirsiniz ki, İKİ ABŞ dolları bircə manat olacaq?

RR 2021-10-25 14:34:08

mezenne 2,05 azn dir hal hazirda

asif 2021-10-25 13:08:42

hamisi nagillardir.guyaki dollarin mezennesi 1.70 dir?)))

Son yazılar